Ötən gün Azərbaycanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
R.Babayev