SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Çinin Milli Neft Şirkəti (CNPC) neft-qaz və neft-kimya sahələrində birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalayıblar.
Sənədi çərşənbə günü Bakıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və CNPC-in vitse-prezidenti Vanq Şi Honq imzalayıb.
Bundan başqa, Azərbaycan və Çin hökumətləri arasında texniki-iqtisadi əməkdaşlığa dair saziş imzalanıb. Azərbaycan tərəfindən sənədi baş nazirin müavini Abid Şərifov, Çin tərəfindən isə kommersiya nazirinin müavini Çun Şan imzalayıb.
A.Əzizov