Azərbaycanda 2 nəfər su quyusuna düşərək ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatında deyilir.
Abşeron rayonu, Məmmədli qəsəbəsində 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.
R.Babayev