Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlə bağlı razılığın əldə olunmasını alqışlayır. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib
“Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması, habelə növbəti görüşlə bağlı razılığın əldə olunması çox müsbət göstəricidir”, - deyə o, bu gün jurnalistlərlə söhbət zamanı bildirib.
Onun sözlərinə görə, Aİ belə görüşlərin keçirilməsini alqışlayır.
“Aİ məmnundur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində belə addımlar atılır. Qeyd edim ki,ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar”, - deyə nümayəndəliyin rəhbəri vurğulayıb.
R.Babayev