Avropa İttifaqı (Aİ) Azərbaycan prezidentinin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında imzaladığı fərmanı alqışlayır. Bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Qeyd edək ki, prezident İlham Əliyev çərşənbə günü Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.
“Bu fərman çox böyük əhəmiyyətə malikdir və Aİ ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq”, - deyə o bildirib.
M.Mard qeyd edib ki, may ayında keçirilmiş Avropa İttifaqı-Azərbaycan biznes forumunda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. “Hesab edirəm ki, bu baxımdan “ASAN Viza” böyük uğur gətirəcək”, - deyə nümayəndəliyin rəhbəri vurğulayıb.
R.Babayev