Milli Məclisin deputatı Hikmət Babaoğlu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Bakı və Qahirə arasında təhsil, mədəniyyət və turizm əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən məlumat verilib.
“Görüşdə mədəniyyət, təhsil və elm sahələrində müştərək mədəni tədbirlərin təşkili, bu sahədə əlaqələrin genişləndirilməsi, mövcud əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib”, - deyə mərkəzin məlumatında bildirilir.
F.İsazadə