2016-cı il iyunun 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $50 mln.-a yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Belə ki, fondun hesabında 74.219.200,16 mln. manat, $212.373,88 min, 3293,69 avro və 5 min rubl toplanıb.
Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb. 2015-ci ilin dekabr ayında milli valyutanın devalvasiyasından öncə bu məbləğ $65 mln.-dan artıq təşkil edib.
F.İsazadə