1988-1994-cü illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulmuş ziyan $818,88 mlrd. təşkil edir. Bu barədə Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, mayın 28-30-da Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş NATO Parlament Assambleyasının yaz sessiyasında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması haqqında bütün məlumatlar Assambleya üzvlərinin diqqətinə çatdırılıb.
“Bu məlumatlar NATO PA-nın Siyasi komitəsinin üzvləri tərəfindən maraqla qarşılandı”, - deyə o qeyd edib.
F.İsazadə