Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə xüsusi təyinatlıları birgə təlimlərə başlayıblar. Bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər verir.
İyunun 5-də Türkiyədə başlayan təlimlər iyunun 12-dək davam edəcək.
Qəzetin məlumatına görə, təlimlərin keçirilməsində məqsəd təcrübə mübadiləsinin aparılması və birgə hərəkət imkanlarının inkişafıdır.
F.İsazadə