“PAŞA Bank” kiçik və orta sahibkarlıq müştərilərinə xidməti bankın əsas Biznes-mərkəzlərinə keçirir.
“Bu proses bankın yeni "Baş Ofis" mərkəzinin istismara verilməsi, fəaliyyətin optimallaşdırılması və xidmətin operativliyinin artırılması çərçivəsində həyata keçirilir”, - deyə bankın məlumatında deyilir.
Beləliklə, “PAŞA Bank”ın 4 şöbəsinin ("Gənclik", "Nərimanov", "Mikrorayon", "Xalqlar dostluğu") bu kateqoriyadan olan müştərilərə xidmət göstərilməsi üzrə funksiyaları bankın "Baş Ofis", "Bridge Plaza", "Port Baku", "Şüvəlan" Biznes-mərkəzlərinə yönəldilib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
A.Əzizov