Dövlət Gömrük Komitəsi (DGK) 2016-cı ilin yanvar-may aylarında dövlət büdcəsinə 850 mln. 585,35 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 36,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
2016-cı ilin yanvar-may aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 572 mln. 170,52 min manat, aksizlər üzrə 39 mln. 987,38 min manat, yol vergisi üzrə 29 mln. 778,73 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 210 mln. 648,72 min manat məbləğində olub.
2016-cı ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 810 mln. manat həcmində müəyyən edilib.
N.Abbasova