Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Cibuti prezidenti İsmayıl Ömər Quelleyə təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə səfir Azərbaycan ilə Afrika qitəsinin mühüm ölkələrindən biri olan Cibuti arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir E.Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin bu günədək icra olunmadığını bildirib. Diplomat Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etdirildiyini və bu təcavüz nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Cibuti prezidenti İsmayıl Ömər Quelle öz növbəsində Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
F.İsazsdə