Mik Stamp (Mick Stump) 2016-cı il iyunun 1-dən BP-nin Türkiyə üzrə rəhbəri təyin edilib. Bu barədə Türkiyə KİV-i xəbər verir.
M.Stamp eyni zamanda iyunun 1-dən şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti vəzifəsinin icrasına başlayıb.
KİV-in məlumatına görə, o, bu vəzifələrdə təqaüdə çıxan Bad Fakreli (Bud Fackrell) əvəzləyib.
Yeni təyinata qədər M.Stamp BP-nin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti vəzifəsində çalışıb.
N.Abbasova