Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko iyunun sonunda missiyasını başa vurur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
"İyunun sonunda L.Leşçenkonun DB-nin Azərbaycan üzrə meneceri missiyası başa çatır”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, vurğulanıb ki, BP-nin ölkə üzrə yeni meneceri hələ təyin edilməyib.
L.Leşçenko 2012-ci ilin avqustunda BP-nin Azərbaycan üzrə meneceri təyin edilib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. 1 yanvar 2016-cı il tarixinə DB 50 layihənin reallaşdırılması üçün Azərbaycana $3 mlrd. 739,02 mlrd. kredit ayırıb. Hazırda reallaşdırılan 12 layihəyə bank tərəfindən ümumilikdə $1 mlrd. 986,76 mln. ayrılıb.
A.Əzizov