2015-ci ilin noyabr ayından etibarən Azərbaycanın dövlət strukturları sahibkarlıq subyektlərində 49 yoxlama keçiriblər (vergi yoxlamaları istisna olmaqla), deyə iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edir.
“Müvafiq qanuna əsasən, 2015-ci ilin noyabr ayından sahibkarlıq subyektlərində yoxlamaların keçirilməsi dayandırılıb. İnsanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla. Qanunun qüvvədə olduğu yarım il ərzində Azərbaycanda yalnız 49 yoxlama keçirilib, baxmayaraq ki, bir il öncə bu dövrdə aparılan yoxlamaların sayı 33,336 min olub”, - deyə Ş.Mustafayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.
Sahibkarlığın inkişafının təşviqi və bürokratik əngəllərin aradan qaldırılması çərçivəsində, lisenziyalaşma tələb edən fəaliyyət növlərinin sayı 59-dan 37-dək, lisenziya tələb edən fəaliyyət növlərinin sayı 4 dəfə - 87-dək azalıb.
“Hazırda lisenziyalar və icazələr portalının yaradılması üzərində iş gedir. Bu portal istifadəyə verildikdən sonra sahibkarlar lisenziya və icazələr əldə etmək üçün elektron qaydada müraciət edə biləcəklər”, - deyə Ş.Mustafayev vurğulayıb. **
A.Əzizov