Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 7-nə manatın rəsmi məzənnəsini iyunun 6-na olan 1,4994 manat/$1 səviyyəsinə qarşı 1,5024 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2% ucuzlaşıb.
AMB iyunun 7-na manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 6-da qeydə alınmış 1,7005 manat/1EUR səviyyəsinə qarşı 1,7063 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3411% ucuzlaşıb.
İyunun 7-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 6-da qeydə alınmış 0,0228 manat/1RUR səviyyəsinə qarşı 0,0229 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4386% ucuzlaşıb. **
A.Əzizov