Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə törədilmiş terror aktını qınayır. Bu barədə XİN-in məlumatında deyilir.
“Azərbaycan XİN İstanbul şəhərində törədilmiş qanlı terror aktını qınayır. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir”, - deyə nazirliyin bəyanatında bildirilir.
XİN bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyir.
Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır.*
A.Əzizov