Avstraliyanın şərq sahilində güclü tufan nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Bu barədə Qərb KİV-i xəbər verir.
Daha 3 nəfər itkin düşüb.
Belə ki, Yeni Cənubi Uels ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 3 nəfər həlak olub, Tasmaniya ştatında isə bir qadın təbii fəlakətin qurbanı olub.
Sidneydə tufan sahil xətti boyunca yerləşən binalara böyük ziyan vurub.*