Azərbaycan prezidenti İlham Əliyev və Almaniyanın vitse-kansleri,iqtisadiyyat və enerji
naziri Ziqmar Qabriel ikitərəfli iqtisadi əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu qeyd ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə axşamı İ.Əliyev və Z.Qabriel arasında Berlində keçirilən görüşdə həmçinin böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. **
F.İsazadə