Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublikada orta ömür uzunluğu göstəricisinin artdığını qeyd edir.
“2015-ci ildə Azərbaycanda ömür uzunluğu göstəricisi artaraq 74,2 yaşa çatıb”, - deyə o, BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüşdə məlumat verib.
Nazir vurğulayıb ki, 2015-ci ildə respublika əhalisinin sayı 112,6 min nəfər, cari ilin yanvar-mart aylarında isə 24,9 min nəfər artaraq aprel ayının 1-i vəziyyətinə 9 mln. 730,5 min nəfərə çatıb.*
R.Babayev