Dünya Bankı ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq məqsədilə Azərbaycan hökumətinə tədbirləri davam etdirməyi tövsiyyə edir. Bu barədə DB-nin iyun ayında dərc olunan “Qlobal iqtisadi perspektivlər” (Global Economic Prospects, GEP) icmalında qeyd edilir.
DB-nin qiymətləndirməsinə görə, son rəqəmlər Avropa regionunun əksər hissəsində və Mərkəzi Asiyada qüvvədə qalan zəifliyə işarə edir. Neftin ucuzlaşması əvvəl olduğu kimi, Azərbaycan, Qazaxıstan, Rusiya kimi ixracatçılara təsir edir.
“Bu ölkələrin valyuta məzənnələrinə təzyiqin qüvvədə qalması, vaxtı ötmüş bank kreditlərinin artımı, inflyasiyanın tyüksək templəri regiondakı neft ixracatçılarını pul-kredit siyasətini sərtləşdirməyə məcbur edib. Bu, Azərbaycan, Qazaxıstan və Rusiyaya aiddir. Həmin ölkələr, o cümlədən iqtisadi tənəzzülə uğrayıblar, onların iqtisadiyyatı ticarət şərtlərinin pisləşməsi şəraitinə uyğunlaşmalıdır”, - deyə DB vurğulayır.
İcmalda qeyd edilir ki, uzun müddətdə neftin qiymətinin aşağı səviyyədə qalması regionda ixracatçı ölkələrin (Azərbaycan, Qazaxıstan, Rusiya) ehtiyyatlarının azalmasına, tədiyyə balansının cari əməliyyatlarının saldosunun zəifləməsinə səbəb olacaq, milli valyutaların mübadilə məzənnəsinə təzyiqi qüvvədə saxlayacaq.
DB həmçinin vurğulayır ki, Azərbaycan və Qazaxıstan neftin ucuzlaşması şəraitində valyuta bazarında öz iştiraklarını azaldırlar, çünki məzənnəni qoruyub saxlamaq cəhdində bu ölkələr ehtiyyatlarının mühüm hissəsini sərf ediblər. **
A.Əzizov