Dünya Bankı 2016-cı il üçün Azərbaycanda ÜDM azalmasını 1,9% səviyyəsində proqnozlaşdırır. Bu barədə DB-nin iyun ayında dərc olunan “Qlobal iqtisadi perspektivlər” (Global Economic Prospects, GEP) icmalında qeyd edilir.
Bu proqnoz bankın aprel proqnozuna uyğundur.
Həmçinin, DB 2017-2018-ci illərə Azərbaycanda ÜDM artım templəri üzrə proqnozları təsdiq edib. Xüsusilə, gələn il bankın qiymətləndirməsinə görə, iqtisadi artım 0,7% təşkil edəcək, 2018-ci ildə 1,3%-dək sürətlənəcək.
Azərbaycan hökuməti 2016-cı il üçün iqtisadi artımı 1,8% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb. **
A.Əzizov