Mədəniyyət və Turizm Nazirliyi Xızı rayonunda $200 mln. dəyərində turizm mərkəzinin tikintisi layihəsini hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Mədəniyyət və Turizm Nazirliyi Xızı rayonunda “Su və alov” turizm mərkəzinin tikintisi üzrə biznes planın layihəsini hazırlayıb. Layihənin dəyəri $200 mln. təşkil edir və yalnız xarici investisiyalar hesabına həyata keçirilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
Layihə turizmin 3 istiqamətdə (çimərlik, mədəniyyət və təbiət) inkişafını nəzərdə tutur.
Nazirliyin qiymətləndirmələrinə görə, layihəyə çəkiləcək xərclər 15 il ərzində çıxarılacaq.
Bu layihə Azərbaycanın 2016-cı il üçün investisiya kataloquna daxil edilib və xarici investorlara təklif ediləcək.*
A.Əzizov