Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Bundan başqa, 79 cinayət faktı qeydə alınıb, onların 17-si “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 33 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Cinayət törətdiklərinə görə 44 nəfər tutulub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
F.İsazadə