Rəsmi Bakı aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edilməsində müsəlman ölkələrinin həmrəylini çox yüksək qiymətləndirir. Bu sözləri prezident İlham Əliyev iyunun 8-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüşdə deyib.
“Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk”, - deyən dövlət başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb.
Prezident İ.Əliyev diplomatlara Ermənistanın etnik təmizləmə siyasəti aparması, Xocalı soyqırımı, işğal edilmiş torpaqlarda bütün tarixi və dini abidələrin dağıdılması barədə məlumat verib.*
F.İsazadə