İrəvan Avropa ölkələrinə Qarabağ münaqişəsinə dair təhrif edilən məlumatlar verır. Bu barədə Azərbaycan prezident İlham Əliyev bəyan edib.
“İrəvan rəhbərliyi Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verir.Eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışırlar. Bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər”, - deyə İ.Əliyev çərşənbə günü müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüşdə bildirib.
Dövlət başçısı Ermənistan rəhbərliyinin bu “ucuz və nalayiq çıxışlarının riyakarlığın təzahürü” olduğunu vurğuladı. Bu, bir daha Ermənistan rəhbərliyinin müsəlman ölkələrinə düşmən gözü ilə baxdığını təsdiq edir. Siz - Azərbaycanda yaşayan insanlar, yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”, - deyə prezident diplomatik nümayəndəliklərin rəhbərlərinə müraciətində qeyd edib.
İ.Əliyev ölkədə məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini, erməni kilsəsinin Bakının mərkəzində toxunulmaz qaldığını və Azərbaycan dövlətinin bu kilsənin təmirinə vəsait ayırdığını da bildirdi.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də digər məsələlərlə bağlı bütün müsəlman aləminin birlik, həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğuladı. **
F.İsazadə