Çexiya prezidenti Miloş Zeman Ermənistan prezidenti Serj Sarqsyana Qarabağ nizamlamasına dair Azərbaycan prezidenti İlham Əliyevlə Praqada görüş keçirməyi təklif edib.
“Danışıqlar zamanı, 2002 və 2005-ci illərdə bu cür təşəbbüslərin olmasını nəzərə alaraq, Ermənistan və Azərbaycan prezidentlərinin Çexiyada görüşünün təşkilini təklif etdim”, - deyə M.Zeman İrəvanda Ermənistan prezidenti ilə birgə brifinqdə bildirib.
“Ermənistan və Azərbaycan prezidentləri - parlaq şəxsiyyətlərdir və sülhə nail ola bilərlər”, - deyə Çexiya prezidenti bəyan edib.
Öz növbəsində, S.Sarqsyan məlumat verib ki, çexiyalı həmkarına Azərbaycan prezidenti ilə yeni görüşlərin keçirilməsi imkanları barədə məlumat verib.
“Mən həmin görüşlərin keçirilməsi üçün Praqanın imkanlarından istifadə etmək təklifinə görə M.Zemana minnətdarlığını bildirdim”, - deyə Ermənistan prezidenti vurğulayıb. **