Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı və xidmət keyfiyyətinin artırılması üçün paytaxtdakı filiallardan daha birinin iş saatını uzadıb və iş günlərini artırıb. Bankın “Sahil” filialı yeni iş rejiminə keçib və yeni qrafikə əsasən, filial müştərilərə həftə içi saat 09:00-dan 21:00-dək, şənbə günləri isə 10:00-dan 19:00-dək xidmət göstərəcək.
Yeni formatda “Sahil” filialı öz müştərilərinə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmət kompleksi daxildir.
“Sahil” filialı Bülbül prospekti 7, korpus “D” ünvanında “Sahil” metrostansiyasının çıxışında yerləşir.
Bundan əvvəl, VTB (Azərbaycan)-ın Azadlıq prospekti, ev 92 ünvanında yerləşən “Azadlığ” filialını da uzadılmış iş qrafikinə keçmişdi. Bununla da, artıq bankın iki filialı müştərilərə qeyri-iş saatlarında da xidmət göstərəcək.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15 filial ilə təmsil olunub.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti