Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rusiyalı müğənni Denis Klyaverin adını “qara siyahı”dan çıxarıb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Rusiya Federasiyasının vətəndaşı, müğənni, aktyor və bəstəkar,“Çay vdvoem” qrupunun keçmiş üzvü Denis İliç KlyaverXarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının“Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib”, – deyə nazirliyin məlumatında bildirilir.
MəktubundaD.KlyaverAzərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və fəsadlarından xəbərsiz şəkildə səfər etdiyini göstərib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
D.KlyaverErmənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini vurğulayıb.O, gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
D.Klyaverinmüraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.*
F.İsazadə