Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün hərracda banklara $50 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF iyunun 9-da Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $50 mln. məbləğində vəsait 29 banka satılıb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə ARDNF iyunda keçirilmiş valyuta hərraclarında $150 mln. satıb.*
N.Abbasova