“Transneft” Mahaçqala limanı ilə neftin nəqlinin dayandırılması mümkünlüyündən və tranzitin istiqamətinin Azərbaycan və Gürcüstana keçməsindən narahatdır. Bu barədə şirkətin məlumatında deyilir.
""Daqneftprodukt"da kriminal vəziyyət və respublikanın inzibati strukturlarının fəaliyyətsizliyi faktiki olaraq Xəzər neftinin Rusiya Federasiyasının yeganə infrastrukturu ilə ixrac axınlarının dayandırılmasına gətirib çıxarır. Tranzit kanalının bağlanması isə potensial neft həcmlərinin Bakı-Tbilisi-Ceyhan və Gürcüstan limanları kimi dəhlizlərə istiqamətləndirilməsinə səbəb olacaq", - deyə məlumatda bildirilir.*