Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması üzrə ATƏT-in mexanizmləri üzərində işin tezliklə başa çatdırılmasının tərəfdarıdır. Bu barədə cümə axşamı Rusiya Federasiyasının ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.
“Silahli insidentlərin araşdırılması mexanizminin işlənməsinin tezliklə başa çatması və A.Kaspşikin (ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi - İF) ofisinin genişləndirilməsi lazımdır”, - deyə A.Lukaşeviç Vyanada bildirib. Rusiya Federasiyasının ATƏT yanında daimi nümayəndəliyi “Twitter”də onun sözlərindən sitat gətirib.
“Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı qarşıdurmanın uzadılmasının qarşısının alınması vacibdir”, - deyə yüksək vəzifəli rusiyalı diplomat vurğulayıb. **