Beynəlxalq gündəlikdə olan vacib məsələlərə münasibətdə Azərbaycan və Çinin mövqeyi üst-üstə düşür. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Honq Jiu Yini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edərkən bəyan edib.
Azərbaycan XİN başçısı ölkəmizin nəqliyyat və tranzit imkanları haqqında danışaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin mühüm hissələrindən biri ola biləcəyini vurğulayıb. O, iki ölkə arasında humanitar və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib.
Səfir ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.*
F.İsazadə