İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari Aktobada törədilən terror aktını qınayıb və həlak olnaların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.
Onun sözlərinə görə, Aktobada baş verən hadisələr Mərkəzi Asiyanın terror fəaliyyətinə qarşı zəifliyinə işarədir.
“Aktobada törədilən terror aktı ekstremizmə və onun intellektual və siyasi zəminlərinə qarşıdurmaq məqsədilə region ölkələri arasında kompleks və hərtərəfli əməkdaşlığın zəruriliyini nümayiş etdirir”. - deyə cümə günü yayılan məlumatda H.Ənsarinin sözlərindən sitat gətirilir. **