Amerika qoşunları Əfqanıstanda hərbi əməliyyatlarda daha geniş iştirak etmək hüququ əldə ediblər. ABŞ prezidenti Barak Obama müvafiq təklifi təsdiq edib.
Rəsmi mənbələrə istinadən məlumatlarda qeyd olunur ki, xüsusilə quru qoşunlarına hərbi dəstəyin göstərilməsi məqsədilə Hərbi Hava Qüvvələrindən daha geniş şəkildə istifadəyə icazə verilib.
Bununla yanaşı, mənbələrin qeyd etdiyi kimi, amerikalı hərbçilərin əfqan qüvvələrinin əməliyyatlarında iştiraka dair qərar hər konkret halda ABŞ Hərbi Qüvvələrin Əfqanıstandakı komandanı general Con Nikolson tərəfindən qəbul edilməlidir.
Mənbələrin vurğulandığı kimi, yeni qərar amerikalı hərbçilərin gündəlik əsasda əfqan qoşunları ilə birgə hərbi əməliyyatlarda iştirak edəcəkləri anlamına gəlmir. **