SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Günəşli” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
301 nömrəli quyu 14 nömrəli dərin dəniz özülündə qazılıb.
Quyu sutkalıq 100 ton neft və 35 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.*
N.Abbasova