Cümə günü Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Gününə həsr olunan forosərginin açılışı olub.
RİMM-nin məlumatına görə, ekspozisiya “Rossotrudniçestvo”nun fondlarına daxil olan Rusiyanın tarixi və müasir dövrünü, bu ölkənin təbii sərvətlərinin gözəlliyi və burada yaşayan xalqların ədətlərini əks etdirən fotoşəkillərdən ibarətdir.
Sərginin ilk ziyarətçiləri Bakı məktəbliləri olub. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksey Konnov onlara bayramın tarixi barədə məlumat verib.**
F.İsazadə