2015-ci ilin yanvar-aprel aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 15 mln. 707,4 min ton təşkil edib ki, bu da 2015-cü ilin analoji dövrünün göstəricisindən 12,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla yanaşı, dəhliz çərçivəsində yükdaşımaların 29,8%-i dəmir yolu, 58,3%-i avtomobil, 11,9%-i dəniz nəqliyyatının payına düşüb.
Bununle belə, dəhliz çərçivəsində yüklərin 10 mln. 90,7 min tonu və ya 64,2%-i avtomobil nəqliyyatı, 4 mln. 233,2 min tonu və ya 27%-i dəmir yolu nəqliyyatı, 1 mln. 383,5 min tonu və ya 8,8%-i dəniz nəqliyyatının payına düşüb.
“2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 12,3% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,6% və 43,9%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb”, - deyə Komitədən qeyd ediblər.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 2 mln. 261,9 min ton və ya 14,4% tranzit yüklərin payına düşüb.
2016-cı ilin yanvar-aprel aylarında dəhliz vasitəsilə 109,7 mln. sərnişin daşınıb (artım 2,2%).
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova