Turxam nəzarət-keçid məntəqəsi rayonunda Pakistan sərhədçiləri ilə toqquşmalar zamanı iki əfqan sərhəd polisi əsgəri öldürlüb, 4 nəfər yaralanıb. Bu barədə bazar ertəsi səhər “Ariana-TV” telekanalı naməlum mənbəyə istinadən bildirib.
Məlumatda deyilir ki, silahlı toqquşma bazar ertəsinə keçən gecə Pakistan hərbçilərinin əfqan ərazisində darvaza quraşdırmaq cəhdindən sonra baş verib. Münaqişə nəticəsində Pakistan tərəfindən ölən və yaralananların sayı 30-dan artıq təşkil edib.
Bununla belə, “Tolo” telekanalı qeyd edir ki, Pakistan hökuməti yalnız bir əsgərin yaralandığını təsdiq edib. **