Azərbaycan “Formula 1” yarışlarını keçirməkdən imtina etsə, 100 milyon dollaradəkcərimələnə bilər. Bu barədə gənclər və idman naziri Azad Rəhimov ANS telekanalına müsahibəsində bildirib.
““Formula 1” rəhbərliyi tərəfindən tərtib edilən müqavilədə nəzərdə tutulub ki, 5 il biz bu yarışı keçirməliyik. Əgər hansısa bir ildən sonra bu yarışı keçirməkdən imtina etsək, 100 milyon dollaradəkcərimələnə bilərik”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, artıq yarışlara baxmaq üçün 2 milyon manatlıqdan çox bilet satılıb və biletlərin 70%-i yerli əhali, 30%-i isə xarici vətəndaşlar tərəfindən alınıb.
Çəkilən xərclərə toxunan A.Rəhimov yarışlara sərf edilən üzvlük haqqının kommersiya sirri olduğunu, yalnız “Formula 1” rəhbərliyinin bu rəqəmləri açıqlayacağı təqdirdə söyləmək iqtidarında olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu günə qədər ölkədə “Formula 1”in Bakı mərhələsinin keçirilməsi üçün asfalt örtüyünün dəyişilməsinə 12 milyon manat sərf edilib. *
R.Babayev