Bazar ertəsi Roma Papası Fransisk dünyada silah dövriyyəsi ilə bağlı vəziyyəti kəskin tənqid edib. Bu barədə qərb mətbuatı məlumat verir.
“Silahın haradan tədarük olunmasının əhəmiyyəti yoxdur; o dünyanın bir çox hissəsində həyasızcasına və tam azad şəkildə yayılır”, - deyə Roma Papası Romada BMT-nin Ümumdünya Proqramının mənzil-qərargahına səfəri zamanı bildirib.
Mətbuat xatırladır ki, pontifikin bəyanatları dünən ABŞ-ın Orlando şəhərində gecə klubunda törədilən silahlı hücumdan sonra səslənib. Lakin Roma Parası bilavasitə bu insidenti qeyd etməyib. **