Gürcüstan Gömrük Xidmətinin əməkdaşları Batumi limanında xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerində 178 kq narkotikin (heroin) aşkarlandığı trayleri saxlayıblar. Bu barədə Gürcüstan KİV-i xəbər verir.
Yayılmış məlumata görə, Hollandiya vətəndaşının idarə etdiyi trayler Azərbaycan ərazisi ilə İrandan Ukraynaya hərəkət edirdi və Batumidən bərə ilə Ukraynaya çatmalı idi.
Gürcüstan Daxili İşlər Nazirliyi yaxın vaxtlarda bu faktla bağlı rəsmi bəyanat verəcək.*