2016-cı ilin yanvar-may aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 562 mln. 781 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-may aylarında SOCAR dövlət büdcəsinə 605 mln. 42 min manat vergi ödəyib. Beləliklə, 2016-cı ilin yanvar-may aylarında vergi ödənişlərinin həcmi 7% azalıb.
Cari ilin may ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 117 mln. 806 min manat təşkil edib.
Yanvar-may ayları ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 57 mln. 359 min manat təşkil edib (azalma 0,8% - İF-Az). Mayda şirkətin ödənişləri 12 mln. 251 min manat təşkil edib.
2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 480 mln. 195 min manat vergi ödəyib.
SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 240 mln. manat səviyyəsində müəyyən edilib. **
N.Abbasova