İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 10 yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Şənbə və bazar günləri 158 cinayət faktı qeydə alınıb, onların 54-ü “isti izlər”lə açılıb.
Hüquq-mühafizə orqanları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 107 nəfər tutulub.
Həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 9, silah saxlanması ilə bağlı bir fakt müəyyən edilib. **
R.Babayev