Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqdən istifadə ilə bağlı diskvalifikasiya olunmalarını açıqlayıb.
“Əfsuslar olsun ki, 6 ağırlıqqaldıranımız dopinqə düşərək, diskvalifikasiya olunublar”, - deyə nazirliyin mətbuat xidməti məlumat verib.
Elxan Əliquluzadə, Silviya Anqelova, Firidun Quliyev, Valentin Xristov, İntiqam Zairov – hər biri 8 və Dadaş Dadaşbəyli - 4 ilmüddətinə dopinqdən istifadəyə görə diskvalifikasiya olunublar.
Məlumatda bildirilir ki, Beynəlxalq Federasiya tərəfindən qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiyaya verərək, öz hüquqlarını müdafiə etmək imkanı var. Gənclər və İdman Nazirliyi və Ağırlıq Qaldırma Federasiyası bu istiqamətdə işlər aparır.**
R.Babayev