Rusiya Xarici İşlər Nazirliyi idmanın siyasiləşdirilməsinin əleyhinədir. Nazirlik öz səlahiyyətləri çərçivəsində Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcək. Bu barədə Rusiya XİN-in Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin bəyan edib.
"Biz idmanın siyasiləşdirilməsinin qəti əleyhinəyik, o, siyasətdən kənar olmalı, yalnız idmançılara və azarkeşlərə xidmət etməlidir. Rusiya yığması olimpiadada mütləq iştirak etməlidir. Nümayəndə heyətimizin Rio-da uğurlu iştirakını təmin etmək üçün biz, Rusiya XİN bütün zəruri tədbirləri görəcəyik”, - deyə A.Şetinin “İnterfaks”a bildirib.*