Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 22-24 iyun tarixlərində Daşkənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyəcək. Bu barədə ŞƏT-in baş katibi Rəşid Alimov jurnalistlərə məlumat verib.
“ŞƏT-in sammitinə təşkilatın dialoq üzrə tərəfdaş ölkələri dəvət olunmur”, - deyə o Türkiyə prezidentinin sammitdə iştirakına dair suala cavabında bildirib.
Türkiyə 2013-cü ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu əldə edib.
R.Alimov ŞƏT-in Pekindəki mənzil-qərargahında bu təşkilata daxil olan ölkələri təmsil edən bir qrup jurnalistlə görüşüb. Səfər təşkilatın 15 illiyi münasibətilə ŞƏT-in mehriban qonşuluq, dostluq və əməkdaşlıq üzrə Çin Komitəsi tərəfindən təşkil olunub. **