Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 14-nə manatın rəsmi məzənnəsini iyunun 13-nə olan 1,5114 manat/$1 səviyyəsinə qarşı 1,512 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,0396% ucuzlaşıb.
AMB iyunun 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 13-də qeydə alınmış 1,7005 manat/1EUR səviyyəsinə qarşı 1,707 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3822% ucuzlaşıb.
İyunun 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 13-da qeydə alınmış 0,0231 manat/1RUR səviyyəsinə qarşı 0,023 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4329% bahalaşıb. **
N.Abbasova