SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-may aylarında 2 mlrd. 650,1 mln. kubmetr qaz hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 5,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
May ayında şirkət tərəfindən 535,6 mln. kubmetr qaz hasil olunub.
Ümumilikdə 2016-cı ilin yanvar-may aylarında respublika üzrə qaz hasilatının həcmi 12 mlrd. 466 mln. kubmetr (artım 0,9%), may ayında 2 mlrd. 520,1 mln. kubmetr təşkil edib.
2015-ci ildə SOCAR 6 mlrd. 871,4 mln. kubmetr qaz hasil edib. Respublika üzrə qaz hasilatının həcmi isə 29 mlrd. 742,7 mln. kubmetr təşkil edib.
Cari ildə hökumət qaz hasilatını 29 mlrd. 345 mln. kubmetr həcmində proqnozlaşdırır.
N.Abbasova