İtaliyanın Modena şəhərində yerləşən "Osteria Francescana" restoranı Britaniyanın "Restaurant" jurnalının “Dünyanın 50 ən yaxşı restoranı” illik reytinqində birinci olub.
Restoranın sahibi və şef-aşpazı Massimo Botturadır.
İkinci yeri 2015-ci ilin qalibi olmuş "El Celler de Can Roca" restoranı (Kataloniya), üçüncü yeri isə "Eleven Madison Park" (Nyu-York) restoranı tutur.
2016-cı ilin reytinqində 23 ölkənin restoranları yer alıb.
“Restaurant” jurnalı tərəfindən dünyanın ən yaxşı restoranlarının siyahısı 2002-ci ildən tərtib olunur və 800-dən çox aşpaz, restorator və tənqidçinin fikirlərinə əsaslanır.*